Sərəncamlar

H.N.Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hüseyn Nizami oğlu Nəcəfov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

H.N.Nəcəfova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Hüseyn Nizami oğlu Nəcəfova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

E.H.Zeynalovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

E.Z.Kərimovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının İtaliya Respublikasında, San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

T.N.Zülfüqarovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tofiq Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

{nl}

T.N.Zülfüqarovun Azərbaycan Respublikasının Latviya Respublikasında və iqamətgahı Riqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tofiq Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının Latviya Respublikasında və iqamətgahı Riqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2010-cu il

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında