Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 10 fevral tarixli sərəncamı ilə təsdiq edilmişdir

 

1. Giriş

Talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə vardır.

Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir.

Son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülmüşdür. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaratmışdır.  

Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanmışdır. 

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunmuş, bu xəstəlikdən əlillik və ölüm halları azalmışdır.

Əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər görülməsinə zərurət yaranmışdır. Bu məqsədlə respublikada maarifləndirmə, sosial səfərbərlik tədbirləri, xüsusən, risk qruplarını müəyyən etmək üçün  nikaha daxil olmaq istəyən şəxslərin əvvəlcədən tibbi müayinədən keçməsi kimi tədbirlərə ehtiyac vardır.

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlmişdir.

2. Dövlət Proqramının məqsədi və əsas vəzifələri

2.1. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

2.2.1. talassemiyanın profilaktikasının gücləndirilməsi və  talassemiyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsi;

2.2.2. talassemiya daşıyıcılarının aşkar edilməsi üçün laboratoriya müayinələrinin genişləndirilməsi;

2.2.3. talassemiya daşıyıcılarına və talassemiyalı xəstələrə həkim məsləhətinin təşkili;

2.2.4. müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sisteminin təşkili;

2.2.5.  dölün prenatal diaqnostikasının təşkili;

2.2.6.  əhalinin talassemiyaya dair maarifləndirilməsi və sosial səfərbərliyi.

3. Dövlət Proqramının maliyyələşdirilməsi

3.1. Dövlət Proqramının reallaşması üçün tələb olunan xərclər müvafiq illər üçün dövlət büdcəsinin “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdirilir.

4. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

4.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. talassemiyalı xəstələrin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin  keyfiyyətinin yüksəlməsi;

4.1.2. nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhəti verilməsi;

4.1.3. prenatal diaqnostikanın tətbiqi;

4.1.4. talassemiyalı xəstələrin sayının kəskin azalması;

4.1.5. əhalinin talassemiya xəstəliyi sahəsində biliklərinin artması.

5. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

(illər üzrə)

5.1. Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər

5.1.1.

Talassemiya daşıyıcılarının aşkar edilməsi sahəsində  normativ hüquqi aktların hazırlanması  və qəbul edilməsi

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi

2015

5.1.2.

Nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları  üzrə vahid elektron proqramın  hazırlanması və tətbiq edilməsi

Səhiyyə Nazirliyi,Ədliyyə Nazirliyi

2015

5.1.3.

Müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sisteminin təşkili    

Səhiyyə Nazirliyi

2015 - 2016

5.1.4.

Dövlət Proqramının icrasına nəzarətin həyata keçirilməsi  və icmal hesabatların hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

5.2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

5.2.1.

Respublika Talassemiya Mərkəzində, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, Mərkəzi Qan Bankının rayon bölmələrində talassemiyanın kapillyar elektroforez üsulu ilə müayinəsinin təşkili 

Səhiyyə Nazirliyi

201520152018-2019

5.2.2.

Talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədi ilə tibb müəssisələrinin zəruri avadanlıq və reaktivlərlə təmin edilməsi 

Səhiyyə Nazirliyi

mütəmadi

5.2.3.

Qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 10 ədəd  avtomobillə   təmin edilməsi

Səhiyyə Nazirliyi

2015

5.3. Talassemiya daşıyıcılarının aşkar edilməsi və həkim məsləhəti verilməsi

5.3.1.

Talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədi ilə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsinin aparılması

Səhiyyə Nazirliyi

mütəmadi

5.3.2.

Talassemiya daşıyıcılığı aşkar olunan cütlərə həkim məsləhəti verilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.4. Dölün prenatal diaqnostikası

5.4.1.

Respublika Perinatal Mərkəzində və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda,regional perinatal mərkəzlərdə talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialının götürülməsinin  təşkili

Səhiyyə Nazirliyi

2015 2017-2018

5.4.2.

Respublika Talassemiya Mərkəzində və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda  döl materiallarının molekulyar-genetik müayinəsinin aparılması

Səhiyyə Nazirliyi

mütəmadi

5.5. Talassemiyanın müalicəsinin təkmilləşdirilməsi

5.5.1.

Klinik protokollara uyğun olaraq,  talassemiyanın radikal müalicəsinin - sümük iliyi transplantasiyasının həyata keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.5.2.

Talassemiyanın müasir müalicə üsullarının tətbiqi yolu ilə xəstəliyin fəsadlarının qarşısının alınması

Səhiyyə Nazirliyi

2015 - 2020

5.5.3.

Talassemiyanın profilaktikası və müalicəsi  üzrə klinik protokolların, metodik vəsaitlərin, təlimatların və elmi ədəbiyyatın hazırlanması

Səhiyyə Nazirliyi

2015 - 2020

5.6. Kadr hazırlığı

5.6.1.

Talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə)

Səhiyyə Nazirliyi

2015 - 2020

5.6.2.

Baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatlarının artırılması

Səhiyyə Nazirliyi

2015 - 2016

5.6.3.

Respublikanın şəhər və rayonlarında talassemiya üzrə mütəxəssislərin hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

5.6.4.

Həkimlər üçün talassemiyanın aktual problemləri üzrə tematik kursların təşkili

Səhiyyə Nazirliyi

mütəmadi

5.6.5.

Talassemiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.6.6.

İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün talassemiyanın profilaktikası üzrə treninqlərin təşkili

Səhiyyə Nazirliyi

mütəmadi

5.7. Əhalinin talassemiyaya dair maarifləndirilməsi

5.7.1.

Ümumi təhsil  müəssisələrində  biologiya üzrə fənn proqramı çərçivəsində  talassemiya haqqında mövzunun  tədris edilməsi

Təhsil Nazirliyi 

mütəmadi

5.7.2.

Talassemiyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi və yayılması

Səhiyyə Nazirliyi

2015 - 2020

5.7.3.

Əhali arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi, Yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.7.4.

Talassemiyanın profilaktikasına dair məlumatların kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılması

Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

mütəmadi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında