Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan  Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” vahid yubiley medalı haqqında" MDB dövlət başçıları Şurasının 2013-cü il 25 oktyabr tarixli qərarına uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilsinlər:

1.1. SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;

1.2. faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;

1.3. Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; 

1.4. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş, həmçinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;

1.5. Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Moskvanın müdafiəsinə görə”, “Odessanın müdafiəsinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Kiyevin müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər;

1.6. “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər;

1.7. “Blokadada olan Leninqrad sakininə” nişanı ilə təltif olunmuş şəxslər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görsün;

2.2. yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında