“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Strateji hədəflər  Tədbirlər              Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar      İcra müddəti (illər üzrə)   İcraçılar

1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması                                                     

1.1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standartlarının və kurikulumların hazırlanması                1.1.1. Məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının hazırlanması və ekspertizası                    2015      Təhsil Nazirliyi

                1.1.2. Məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının təsdiqi                             2015      Nazirlər Kabineti

                1.1.3. Məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların (o cümlədən məktəbə hazırlıq kurikulumunun) hazırlanması                               2015      Təhsil Nazirliyi

                1.1.4. Məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumlara dair təlimlərin təşkili, kurikulumların tətbiqi             Milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması 2016      Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

                1.1.5. “Səriştəli valideynlər” televiziya proqramının hazırlanması və həyata keçirilməsi         Maliyyə vəsaitinin ayrılması                2015-ci ildən başlayaraq                Təhsil Nazirliyi

1.2. Səriştə əsaslı ümumi təhsil standartlarının və kurikulumlarının hazırlanması        1.2.1. 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının hazırlanması və ekspertizası                           2015-2016           Təhsil Nazirliyi

                1.2.2. 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının təsdiqi           12 illik ümumi təhsilə keçidi təmin etmək məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişikliklərin edilməsi 2016      Nazirlər Kabineti

                1.2.3. 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanması                                 2016-2017                Təhsil Nazirliyi

                1.2.4. 12 illik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili, kurikulumların tətbiqi  Milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması 2017-2021           Təhsil Nazirliyi

                1.2.5. Dərslik hazırlığı sahəsində yeni qaydaların hazırlanması                        2016-2017           Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

                1.2.6. Dərslik hazırlığı sahəsində yeni qaydaların təsdiqi                     2017      Nazirlər Kabineti

                1.2.7. Dərslik hazırlığı sahəsində yeni qaydaların tətbiqi     Dərslik hazırlığı sahəsində yeni qaydaların təsdiqi, maliyyə vəsaitinin ayrılması          2017      Təhsil Nazirliyi

1.3. Şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması         1.3.1. İstedadlı uşaq və gənclərin inkişafı üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi                 İstedadlı uşaq və gənclərin inkişafı üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması         2016-2024                Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

1.4. Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması         1.4.1. Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi          Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması          2015-2023           Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

1.5. Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının və kurikulumlarının hazırlanması                1.5.1. İlk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının hazırlanması və ekspertizası                           2015-2016           Təhsil Nazirliyi

                1.5.2. İlk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının təsdiqi                     2017     Nazirlər Kabineti

                1.5.3. İlk peşə-ixtisas və orta ixtisas təhsilinin nümunəvi kurikulumlarının hazırlanması                         2017-2018           Təhsil Nazirliyi

                1.5.4. İlk peşə-ixtisas və orta ixtisas təhsilinin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili, kurikulumların tətbiqi   Milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması               2017-2019      Təhsil Nazirliyi

1.6. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi            1.6.1. Ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və ekspertizası                                 2015-2017           Təhsil Nazirliyi

                1.6.2. Ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların təsdiqi                 2017      Nazirlər Kabineti

                1.6.3. Pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə kurikulumların hazırlanması, ekspertizası və tətbiqi                 Standartların Nazirlər Kabineti tərəfindən təsdiqi  2017-2019           Təhsil Nazirliyi

                1.6.4. Ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi prosesində müstəqilliyin verilməsi məqsədi ilə normativ hüquqi bazanın təkmilləşdirilməsi                             2018-2019           Nazirlər Kabineti, Təhsil Nazirliyi

                1.6.5. Ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması və ekspertizası                          2016-2017           Təhsil Nazirliyi

                1.6.6. Doktorantura səviyyəsi üçün standartların təsdiqi                     2017      Nazirlər Kabineti

2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksəknüfuzlu təhsilverənin formalaşdırılması                                                           

2.1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması          2.1.1. Bütün təhsil pillələri üçün innovativ təlim metodologiyasının və müvafiq resursların yaradılması məqsədi ilə müsabiqə mexanizminin hazırlanması və müsabiqələrin keçirilməsi                         2015-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                2.1.2. Təhsilverənlərin əlavə təhsili sahəsində keyfiyyətin yüksəldilməsi və rəqabət mühitinin formalaşdırılması üçün mülkiyyət formasından asılı olmayaraq, əlavə təhsil verən müəssisələrin potensialının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi                             2015-ci ildən başlayaraq, mütəmadi          Nazirlər Kabineti, Təhsil Nazirliyi

                2.1.3. Ali təhsil müəssisələrində əlavə təhsil üzrə strukturların yaradılmasının təşviqi                              2015-ci ildən başlayaraq, mütəmadi    Təhsil Nazirliyi

                2.1.4. Ümumi təhsil müəssisələri müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması üçün innovativ modellərin (“Mentorluq”, “Həmkardan-həmkara”, “Məsləhət” və s.) yaradılması və tətbiqi                    2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

                2.1.5. Pedaqoji heyət üçün modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması                       2016      Təhsil Nazirliyi

                2.1.6. İxtisasartırma təhsilinin nəticələrinin qiymətləndirilməsi və stimullaşdırılması mexanizminin hazırlanması və tətbiqi                İxtisasartırma təhsilinin nəticələrinin qiymətləndirilməsi və maddi stimullaşdırma tədbirləri sisteminin yaradılması     2017-2018      Təhsil Nazirliyi

2.2. Təfəkkürün və şəxsiyyətin inkişafına yönəldilmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resursların inkişafı         2.2.1. Yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasını stimullaşdıran müsabiqə və qrant mexanizmlərinin yaradılması və tətbiqi                   2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

2.3. Müəllim peşəsinin nüfuzunun artırılması məqsədi ilə dövlət siyasətinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi             2.3.1. Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması                               2015-2016           Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

                2.3.2. Yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi                2016      Nazirlər Kabineti

                2.3.3. Əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin tətbiqi          Yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi, yeni sistem üçün maliyyə vəsaitinin ayrılması         2017-ci ildən başlayaraq, mütəmadi    Təhsil Nazirliyi

                2.3.4. Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin hazırlanması və tətbiqi               Yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi       2018      Təhsil Nazirliyi

                2.3.5. Müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin hazırlanması və tətbiqi                 2015-2016           Təhsil Nazirliyi

                2.3.6. Müəllimlər arasında sağlam rəqabətin stimullaşdırılması üçün müsabiqələrin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi                          2015-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                2.3.7. Müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi qaydalarının hazırlanması və təsdiq edilməsi                                2016-2017           Nazirlər Kabineti, Təhsil Nazirliyi

                2.3.8. Məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi                               2017-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması                                                 

3.1. Təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması        3.1.1. Təhsil sistemində tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və təqdim edilməsi                      2015-2016           Nazirlər Kabineti, Təhsil Nazirliyi

                3.1.2. Təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması                  2016      Təhsil Nazirliyi

                3.1.3. Birillik icbari məktəbəhazırlıq təhsilinin təmin olunması üzrə icra mexanizminin hazırlanması və tətbiqi                 Mövcud mexanizmin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin ayrılması      2016-2018           Nazirlər Kabineti, Təhsil Nazirliyi

                3.1.4. Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramının hazırlanması                          2015-2016           Nazirlər Kabineti, Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları

                3.1.5. 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması                             2017-2018                Nazirlər Kabineti Təhsil Nazirliyi

                3.1.6. Tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi və fəaliyyətinin təşkili                 2017-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                3.1.7. Təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların hazırlanması                  2017-2018                Təhsil Nazirliyi

                3.1.8. Təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların təsdiqi                             2019                Nazirlər Kabineti

                3.1.9. Təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların tətbiqi               Təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların Nazirlər Kabineti tərəfindən təsdiqi        2019-cu ildən başlayaraq, mütəmadi                Təhsil Nazirliyi

                3.1.10. Beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarının hazırlanması                               2016-2017           Təhsil Nazirliyi

                3.1.11. Təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarının təsdiqi                     2017      Nazirlər Kabineti

                3.1.12. Təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin hüquqi bazasının yaradılması haqqında təkliflərin hazırlanması                       2017-2018           Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi

                3.1.13. Ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sahələr üzrə kadr hazırlığını əhatə edən dövlət sifarişinin formalaşdırılmasının yeni mexanizminin hazırlanması və təsdiqi                          2015-2016           Nazirlər Kabineti

                3.1.14. Təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişinin formalaşdırılmasına dair yeni mexanizmin tətbiqi            Təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişinin formalaşdırılmasına dair yeni mexanizmin təsdiqi       2016-cı ildən başlayaraq, mütəmadi            Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                3.1.15. Mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunması                              2015-2016           Nazirlər Kabineti

                3.1.16. Ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizminin tətbiqi          Yeni qəbul və yerləşdirmə mexanizminin təsdiqi               2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

3.2. Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması    3.2.1. Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılması                   2018-2020                Nazirlər Kabineti, Təhsil Nazirliyi

                3.2.2. Təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması                          2020      Təhsil Nazirliyi

                3.2.3. Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə, təhsil müəssisələrində dövlət-ictimai idarəetmə strukturlarının (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) yaradılması üzrə təkliflərin hazırlanması                               2020-2021           Təhsil Nazirliyi

3.3. Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması  3.3.1. Təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartlarının və göstəricilərinin hazırlanması                       2015-2017           Təhsil Nazirliyi

                3.3.2. Ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi layihəsinin hazırlanması                2015-2016           Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

                3.3.3. Ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin təsdiqi                            2016      Nazirlər Kabineti

                3.3.4. Ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi             Milli Kvalifikasiya Çərçivəsinin təsdiqi    2016-cı ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                                                              

                3.3.5. Ömür boyu təhsil, qeyri-formal və informal təhsilin təşkilinin və bu yolla təhsil almış şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün hüquqi bazanın yaradılmasına dair təkliflərin hazırlanması                 2016-2017           Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

                3.3.6. Beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi ilə bağlı müvafiq mexanizmlərin hazırlanması və həyata keçirilməsi                          2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

                3.3.7. Təhsil müəssisələrinin reytinq sisteminin yaradılması                               2016      Təhsil Nazirliyi

                3.3.8. Məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması                               2015-2016           Təhsil Nazirliyi

                3.3.9. Məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin təsdiqi                               2016      Nazirlər Kabineti

                3.3.10. Məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin tətbiqi                Məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin təsdiqi            2016-cı ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                3.3.11. Keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi                         2015-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                3.3.12. Təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsilverənlər, təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi                    2016-cı ildən başlayaraq, mütəmadi                Təhsil Nazirliyi

3.4. Təhsilin idarə olunmasının məlumat sistemləri və yeni hesabatvermə modelinin yaradılması         3.4.1. Bütün təhsil pillələri üzrə Təhsilin İdarə olunmasının Məlumat Sistemləri və “Tələbə-məzun” sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin edilməsi                Maliyyə vəsaitinin ayrılması        2016-cı ildən başlayaraq, mütəmadi    Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

                3.4.2. Təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, yenilənməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi                            2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

                3.4.3. Əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və tətbiqi                          2016-2017           Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Təhsil Nazirliyi

3.5. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması        3.5.1. Təhsil müəssisələrində keyfiyyətin xarici və daxili monitorinqi, qiymətləndirmə mexanizmlərinin yaradılması və tətbiqi                    2015-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                3.5.2. Ali təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinin Bolonya prosesinin tələblərinə uyğun təkmilləşdirilməsi                               2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

                3.5.3. Ümumi təhsildə şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin, o cümlədən məktəbdaxili qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi                           2015-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

                3.5.4. Ümumi təhsildə müxtəlif fənlər üzrə mütəmadi olaraq milli qiymətləndirmə tədqiqatlarının aparılması                 2015-ci ildən başlayaraq, mütəmadi          Təhsil Nazirliyi

                3.5.5. Ümumi təhsil müəssisələri şagirdlərinin biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda iştirakın təmin olunması              Maliyyə vəsaitinin ayrılması         2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

                3.5.6. Ümumi təhsildə beynəlxalq qiymətləndirmənin nəticələri əsasında inkişaf layihələrinin hazırlanması     Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakın təmin olunması    2016-cı ildən başlayaraq, mütəmadi           Təhsil Nazirliyi

(ardı 5-ci səhifədə)

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il

19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə

Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı

(əvvəli 4-cü səhifədə)

Strateji hədəflər    Tədbirlər               Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar             İcra müddəti (illər üzrə)       İcraçılar

4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması                                                         

4.1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin olunması   4.1.1. Təhsil sisteminin informasiyalaşdırılması proqramına uyğun olaraq bütün təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması Maliyyə vəsaitinin ayrılması             2015-2020              Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

                4.1.2. Hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi       Maliyyə vəsaitinin ayrılması             2015-2020              Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

                4.1.3. Ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin edilməsi                Maliyyə vəsaitinin ayrılması             2015-2020              Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

4.2. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması            4.2.1. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarının layihəsinin hazırlanması                    2016-2017              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                4.2.2. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarının təsdiq üçün təqdim edilməsi                2017        Nazirlər Kabineti, Təhsil Nazirliyi

                4.2.3. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarının həyata keçirilməsi                Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı pillələr üzrə dövlət proqramlarının təsdiqi          2018-2025              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

4.3. Distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması      4.3.1. Regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramı layihəsinin hazırlanması                              2017-2018              Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                4.3.2. Regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi                   2019        Nazirlər Kabineti

                4.3.3. Regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi       Regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması              2019-2024              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

4.4. Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması      4.4.1. Peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının layihəsinin hazırlanması                   2015-2016              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                4.4.2. Peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi                 2016                Nazirlər Kabineti

                4.4.3. Peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi    Peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması            2016-2024              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

4.5. Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması       4.5.1. Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının layihəsinin hazırlanması                               2015-2016              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                4.5.2. Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi                   2016        Nazirlər Kabineti

                4.5.3. Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının həyata keçirilməsi             Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması              2016-2024              Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları

4.6. Kampusların yaradılması            4.6.1. Ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının layihəsinin hazırlanması                         2015-2016              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                4.6.2. Ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi                       2016                Nazirlər Kabineti

                4.6.3. Ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi           Ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması             2016-2024              Təhsil Nazirliyi

4.7. Ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi           4.7.1. Elektron kitabxana şəbəkəsinin genişləndirilməsi                              2015-2020              Nazirlər Kabineti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

4.8. Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi           4.8.1. Uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi  və Cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn “Təhsil” televiziyasının yaradılması;          Maliyyə vəsaitinin ayrılması             2015-2016              Təhsil Nazirliyi

                4.8.2. Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması;    Maliyyə vəsaitinin ayrılması             2015-ci ildən başlayaraq, mütəmadi              Təhsil Nazirliyi

                4.8.3. Təhsilin inkişaf istiqamətlərinin  düzgün başa düşülməsi üçün media işçilərinin bilik və bacarıqlarının inkişafına yönəlmiş təlimlərin təşkili, hsil sahəsində çap, onlayn, audio və video materiallarının hazırlanması üzrə müsabiqələrin təşkili     Maliyyə vəsaitinin ayrılması                2015-ci ildən başlayaraq, mütəmadi Təhsil Nazirliyi

5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılması                                                             

5.1. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması 5.1.1. Ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması                              2016-cı ildən başlayaraq     Nazirlər Kabineti, Təhsil Nazirliyi

                 5.1.2. Dövlət təhsil müəssisələri üçün nəticəyönlü büdcə planlaşdırılması, büdcədənkənar mənbələrdən vəsaitlərin cəlbi və onlardan istifadə mexanizmlərinin yaradılması                               2015-2017              Təhsil Nazirliyi

5.2. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminə keçid            5.2.1. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanması                   2016        Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                 5.2.2. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminin təsdiqi                   2016        Nazirlər Kabineti

                 5.2.3. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi     Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminin təsdiqi, maliyyə vəsaitinin ayrılması       2017-ci ildən başlayaraq, mütəmadi         Təhsil Nazirliyi

5.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi      5.3.1. Dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin hazırlanması                       2015-2016              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                5.3.2. Dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin təsdiqi                               2016        Nazirlər Kabineti

                5.3.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin tətbiqi Dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin təsdiqi              2016-cı ildən başlayaraq, mütəmadi Təhsil Nazirliyi

5.4. Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması        5.4.1. Təhsilin İnkişafı Fondunun yaradılmasına dair təkliflərin təqdim edilməsi                2015-2016              Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi

5.5. Təhsil sistemində elmi tədqiqatların yeni maliyyələşmə mexanizminin tətbiqi  5.5.1. Təhsil sistemində elmi tədqiqatların dövlət sifarişi və qrantlar əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanması və həyata keçirilməsi                      2015-ci ildən başlayaraq, mütəmadi Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

5.6. Mülkiyyət formasından asılı olmayaraq, müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi       5.6.1. Müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin hazırlanması                2015-2016              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                5.6.2. Müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin təsdiqi                           2016        Nazirlər Kabineti

                5.6.3. Müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin həyata keçirilməsi                Müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin təsdiqi     2016-cı ildən başlayaraq, mütəmadi         Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

5.7. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması      5.7.1. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin hazırlanması                   2016-2017              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                5.7.2. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin təsdiqi                          2017        Nazirlər Kabineti

                5.7.3. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin tətbiqi           Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin təsdiqi, maliyyə vəsaitinin ayrılması          2017-ci ildən başlayaraq, mütəmadi                 Təhsil Nazirliyi

5.8. Ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması                5.8.1. Məqsədli kapital fondunun nümunəvi Əsasnaməsinin layihəsinin hazırlanması və təsdiqi                     2016-2017              Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

5.9. Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək sisteminin yaradılması           5.9.1. Təhsil müəssisələrində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək mexanizminin yaradılması və tətbiqi   Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək üçün vəsaitin nəzərdə tutulması 2017-ci ildən başlayaraq, mütəmadi Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

5.10. Müəllim əməyinin layiqincə dəyərləndirilməsi, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması        5.10.1. Ortamüddətli proqnozlaşdırmada müəllimlərin illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması          Yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi             2015-2022              Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

5.11. Tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması                 5.11.1. Ortamüddətli proqnozlaşdırmada tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması              Ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması    2016-2022              Nazirlər Kabineti, Təhsil Nazirliyi

5.12. İnformasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir təhsil infrastrukturunun, o cümlədən elektron təhsil resurslarının yaradılmasına əlavə vəsaitlərin ayrılması        5.12.1. Ortamüddətli proqnozlaşdırmada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına vəsaitlərin ayrılmasının nəzərdə tutulması              Ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması                2016-2022              Nazirlər Kabineti, Təhsil Nazirliyi

5.13. Təhsil şəbəkəsində rasionallaşdırma tədbirlərini həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək məqsədi ilə ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması              5.13.1. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin nəzərdə tutulması                              2017-ci ildən başlayaraq, mütəmadi Nazirlər Kabineti, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

5.14. Təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin yaradılması                5.14.1. Təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri və qrantları sisteminin normativ hüquqi bazasının yaradılması                         2015-2016              Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi

                5.14.2. Təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri və qrantları sisteminin tətbiqi    Təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri və qrantları sisteminin normativ hüquqi bazasının yaradılması           2016-cı ildən başlayaraq, mütəmadi Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bank

5.15. Məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin göstərilməsi, dərs və ya təlim vəsaitlərinin verilməsi                5.15.1. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin göstərilməsi, dərs və ya təlim vəsaitlərinin verilməsi mexanizminin yaradılması və tətbiqi         Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi üçün vəsaitin nəzərdə tutulması               2017-ci ildən başlayaraq, mütəmadi Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında