Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin  bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında  Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin  tərkibi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilsin:

Nümayəndə heyətinin başçısı

Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri

Xələf Xələfov - Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Natiq Məmmədov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

İntiqam Babayev - Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Yusif Yusifov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

Xaqani Rzayev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında