Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 428; 2004, № 1, maddə 19, № 12, maddə 1061; 2006, № 9, maddə 809; 2008, № 3, maddə 200; 2009, № 10, maddə 791; 2010, № 1, maddə 42; 2014, № 3, maddə 247)  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu”nun 1-ci hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında