Bir sıra hakimlərin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəmələrinin hakim və sədrləri təyin edilsinlər:

Abbasov Natiq Mehdi oğlu -Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri;

İbrahimov Zamin Vəliyəddin oğlu-Astara Rayon Məhkəməsinin hakimi və sədri;

Quliyev İnşallah Fərrux oğlu -Şəki Rayon Məhkəməsinin hakimi və sədri.

2.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Hüseynov Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-iqtisadi məhkəməsinin hakimi təyin edilsin;

Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilsin.

3.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilsin.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2014-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında