"Bakı Sağlamlıq Mərkəzi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Respublika əhalisinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkəmizin şəhər və rayonlarında müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni səhiyyə ocaqlarının yaradılmasının davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində müasir çoxprofilli klinika - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Bakı Sağlamlıq Mərkəzi" yaradılsın.
2. "Bakı Sağlamlıq Mərkəzi"nin tikilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında