Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin hakimləri təyin edilsinlər:
Bakı Ağır Cinayətlər Məhkəməsi
Hüseynov Səbuhi Sabir oğlu
Qəniyev Faiq Əsəd oğlu
Gəncə Ağır Cinayətlər Məhkəməsi
Əzizov Sevindik Əziz oğlu
Rüstəmov Elmin İltizam oğlu
Lənkəran Ağır Cinayətlər
Məhkəməsi
Hacıyev Asim Hacımirzə oğlu
Şəki Ağır Cinayətlər Məhkəməsi
Səmədov Xəqani Hacı oğlu
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər:
1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsi
Hüseyn Aida Əli qızı
2 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsi
Babayeva Hökümə Çingiz qızı
Mustafayev Etibar Mustafa oğlu
Tağıyev Zaur Müzəffər oğlu
Gəncə İnzibati-İqtisadi Məhkəməsi
İsmayılova Svetlana Ələsgər qızı
Mamedov Rəşad Ziyaviddin oğlu
Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsi
Əzizova Vəfa Ehtiram qızı
Şirvan İnzibati-İqtisadi Məhkəməsi
Allahyarov Zaur Mirzağa oğlu
Həsənov Müşfiq Kamil oğlu
Şəki İnzibati-İqtisadi Məhkəməsi
Məcidov Rüfət Azadəli oğlu
Vəliyev Kənan Hafiz oğlu
3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər hərbi məhkəmələrin hakimləri təyin edilsinlər:
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
Hüseynov Səxavət Səməd oğlu
Gəncə Hərbi Məhkəməsi
Bağırov Məhəmməd Ənvər oğlu
4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin hakimləri təyin edilsinlər: Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
Culfa Rayon Məhkəməsi
Məmmədov Mehrab Fərmayıl oğlu
Ordubad Rayon Məhkəməsi
Salmanov Elşən Fizuli oğlu
Şərur Rayon Məhkəməsi
Aslanov Emin Dilavər oğlu
Bakı şəhərinin rayon
məhkəmələri üzrə:
Binəqədi Rayon Məhkəməsi
Əsədov Kamran Bağır oğlu
Kərimov Tale Suliddin oğlu
Qasımov Fərrux Hüseynağa oğlu
Süleymanova Almaz Məhərrəm qızı
Xətai Rayon Məhkəməsi
Məmmədov Fuad Əli oğlu
Misirzadə Namidar Əlöysət oğlu
Xəzər Rayon Məhkəməsi
Axundova Zeynəb Əli qızı
Mayılov Samir İlham oğlu
Qaradağ Rayon Məhkəməsi
Məmmədov Rəşad Seylan oğlu
Nərimanov Rayon Məhkəməsi
Abdıyev Fuad Vilayət oğlu
Abdulov Rəşad Məhərrəm oğlu
Quliyev Ramin Nizaməddin oğlu
Qurbanov Vüsal Rafiq oğlu
Nəsimi Rayon Məhkəməsi
Hüseynov Pərviz Aktiv oğlu
İsayev Elman Bəhruz oğlu
Pənahov Babək Əkbər oğlu
Səmədov Rəşid Əfraim oğlu
Nizami Rayon Məhkəməsi
Əhmədov Habil Yunis oğlu
Nuriyev Elnur Aləm oğlu
Səbail Rayon Məhkəməsi
Əliyev Zaur Əli oğlu
Əliyeva Aytən Heydər qızı
Tağıyev Azər Ramiz oğlu
Tanrıverdiyev Anar Vəzir oğlu
Suraxanı Rayon Məhkəməsi
Ağayev Elçin Zəkəriyə oğlu
İmanova Gülsarə Kərimovna
Yasamal Rayon Məhkəməsi
Axundov Toğrul Bəhruz oğlu
Babayev Fuad Fikrət oğlu
Əfəndiyev Akşin Ramiz oğlu
Qasımova Mətanət Eynulla qızı
Qurbanov Ramin Afad oğlu
Mirzəzadə Aytən Şəmsəddin qızı
Tağıyev Azər Heydər oğlu
Rayon (şəhər) məhkəmələri üzrə:
Ağdaş Rayon Məhkəməsi
Əlizadə Ruslan Əliyar oğlu
Bərdə Rayon Məhkəməsi
Tağıyev Cavid Tahir oğlu
Cəbrayıl Rayon Məhkəməsi
Rəsulov Zamiq Akif oğlu
Gəncə şəhəri Kəpəz Rayon
Məhkəməsi
Hüseynzadə Afiq Hüseyn oğlu
Gəncə şəhəri Nizami Rayon
Məhkəməsi
Eyvazov Akif Məhərləm oğlu
Mahmudov Ayaz Akif oğlu
Niftəliyev Mahir Şamil oğlu
Xaçmaz Rayon Məhkəməsi
Mirzəquliyev Fizuli Balağa oğlu
Kəlbəcər Rayon Məhkəməsi
Mirabov Fuad Akif oğlu
Qəbələ Rayon Məhkəməsi
Abbasov Fehruz Novruz oğlu
Quba Rayon Məhkəməsi
Yaqubov Fərid Murtuza oğlu
Lənkəran Rayon Məhkəməsi
Rzayev Məhəmmədəli Əsəd oğlu
Masallı Rayon Məhkəməsi
Alməmmədov Anar Aqil oğlu
Sumqayıt Şəhər Məhkəməsi
Abıyev Nəriman İbrahim oğlu
Əsgərova Ruhiyyə Orucəli qızı
Mahmudova Təranə Nəriman qızı
Məmmədov Ceyhun Bəşir oğlu
Şəki Rayon Məhkəməsi
İmanov Cahid Fehruz oğlu
Şəmkir Rayon Məhkəməsi
Paşayev Nemət Şirkət oğlu
5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Hacıyev İsgəndər Həmid oğlu Xocalı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xızı Rayon Məhkəməsinin hakimi təyin edilsin.
6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Hüseynov Mübariz Rahil oğlu Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Laçın Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Qəniyev Həsən Salman oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Zeynalova Səadət Nazim qızı Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi təyin edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2013-cü il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.