Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin hakimləri təyin edilsinlər:

Naxçıvan Muxtar Respublikası

Ağır Cinayətlər Məhkəməsi

Novruzov Səxavət Hüseyn oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsi

Ağalarov Mahmud Muradxan oğlu

Hacıyev Əfqan Niyətulla oğlu

Xankişiyev Mirzə Asdan oğlu

Kərimov Novruz Ağakərim oğlu

Mikayılov Eldar Əli oğlu

Salmanov Rahib Vaqif oğlu

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Əliyev Kəramət Fətəli oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Abdullayev Mehdixan Ədil oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Hüseynov Rəşid İnqilab oğlu

2.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər:

Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi

Muradov Hicran Xasay oğlu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Əhmədov İlham Bayram oğlu

Məmmədova Şərafət Asif qızı

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Bayramova İntizar Hacı qızı

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

Məmmədov Zaur İkram oğlu

3.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər hərbi məhkəmələrin hakimləri təyin edilsinlər:

Bakı Hərbi Məhkəməsi

Hacıyev Siyavuş Həbib oğlu

Cəlilabad Hərbi Məhkəməsi

Əhmədov Vüqar İkram oğlu

Tərtər Hərbi Məhkəməsi

İmanov Dadaş Hüseyn oğlu

4.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin hakimləri təyin edilsinlər:

Naxçıvan Muxtar Respublikasının

rayon (şəhər) məhkəmələri üzrə:

Babək Rayon Məhkəməsi

Bəylərli Səxavət Şahhüseyn oğlu

Şahbuz Rayon Məhkəməsi

Bağırov Allahverdi Əsəd oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Binəqədi Rayon Məhkəməsi

Məmmədov Vüqar Nemət oğlu

Zeynalov Mirheydər Seyidəmir oğlu

Xətai Rayon Məhkəməsi

Məmmədov Bəxtiyar Şahfirudin oğlu

Məmmədov Habil Çingiz oğlu

Talıbova Leyla Oruc qızı

Xəzər Rayon Məhkəməsi

Əkbərov Tərlan Xanəli oğlu

Qaradağ Rayon Məhkəməsi

Mürsəlov Rufan Kamil oğlu

Nərimanov Rayon Məhkəməsi

Əmirxanova Kəmalə Fərman qızı

Nəsimi Rayon Məhkəməsi

Hümbətov Etibar Zülfüqar oğlu

Nizami Rayon Məhkəməsi

Hacıyeva Mətanət İsfəndiyar qızı

Sarıyev Xəyal Əjdər oğlu

Sabunçu Rayon Məhkəməsi

Əliyev Samir İmamverdi oğlu

Həsənov Vaqif İskəndər oğlu

Qarayeva Mehriban Cəfər qızı

Qasımov Anar Adil oğlu

Şirinov Ziya Allahverdi oğlu

Səbail Rayon Məhkəməsi

Bağırov Nurəddin Abuzər oğlu

Suraxanı Rayon Məhkəməsi

Mahmudov İlham Ağa oğlu

Sadiqov Zülfüqar Əhməd oğlu

Yasamal Rayon Məhkəməsi

Mehrəliyev Sərdar Bəşərəddin oğlu

Rayon (şəhər) məhkəmələri üzrə:

Ağcabədi Rayon Məhkəməsi

Quliyev Etibar Bəhrəm oğlu

Ağstafa Rayon Məhkəməsi 

Rzayev Kamil Allahqulu oğlu

Beyləqan Rayon Məhkəməsi

Əliyev Nəsrullah İbadullah oğlu

Füzuli Rayon Məhkəməsi

Bağırov Məhəmməd Abduləli oğlu

Xaçmaz Rayon Məhkəməsi

Xəlilov Rövşən Elbrus oğlu

İbrahimov Anar Firdovsi oğlu

Qəbələ Rayon Məhkəməsi

Sadıqov Vahid Nəriman oğlu

Quba Rayon Məhkəməsi

Əhmədov Elman Məmməd oğlu

Tahirov Zamin Cəbrayıl oğlu

Qusar Rayon Məhkəməsi

Hüseynov Ələkbər Məmmədtağı oğlu

Lənkəran Rayon Məhkəməsi

İsayev Mütəllim Allahverdi oğlu

Masallı Rayon Məhkəməsi

Musayev Nemət Əlimusa oğlu

Mingəçevir Şəhər Məhkəməsi

Kazımov Rasim Sarı oğlu

Sumqayıt Şəhər Məhkəməsi

İsmayılov Azər İbrahim oğlu

Mahmudov İlyas Musa oğlu

Məmmədov Elman Tofiq oğlu

Məmmədov İlqar Aslan oğlu

Ruvinov Vladimir Yefimoviç

Tovuz Rayon Məhkəməsi

Məmmədov Ədil İsa oğlu

Yardımlı Rayon Məhkəməsi 

Həsənquliyev İlqam Elxan oğlu

Yevlax Rayon Məhkəməsi

Məlikov Vəzirxan İsgəndər oğlu

Zaqatala Rayon Məhkəməsi

İsmayılov Arif Allahqulu oğlu

Məmmədov Elbrus Hacıbala oğlu

Zərdab Rayon Məhkəməsi

Qubadov Tahir Möhsüm oğlu

5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Abbaslı Təyyar Bəhrəm oğlu Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Əliyev İlqar Yadulla oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Əsgərov Nadir Məmmədrza oğlu Ağsu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Hüseynov Şirzad Həsən oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin;

İsmayılov Tahir Abdulrəhim oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağsu Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Məmmədov Mübariz İsfəndiyar oğlu Ağdaş Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Məmmədov Tofiq Əlisəddin oğlu Qəbələ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Mirzəliyev Hüseyn Seyfulla oğlu Tərtər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin;

Nəcəfova Şövkət Hüseyn qızı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Nəsibov Famil Hümbət oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdaş Rayon Məhkəməsinin hakimi təyin edilsin.

6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Əliyev Ziya Müqərrəm oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi təyin edilsin;

Nəsirov Vidadi Mikayıl oğlu Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2013-cü il

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında