Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 959 nömrəli Sərəncamının icrasının təmin edilməsi və bununla əlaqədar tədbirlərin maliyyələşdirilməsi, habelə Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 milyon manat məbləğində vəsait ayrılsın.
2. Bu sərəncamın 1-ci bəndi ilə müəyyən edilmiş vəsaitin hesabına:
2.1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280,0 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilsin.
2.2. Aşağıdakı 32 qəzet redaksiyasının hər birinə 20,0 min manat birdəfəlik maliyyə yardımı ayrılsın:
"Ayna" - "Zerkalo" qəzeti
"Azad Azərbaycan" qəzeti
"Azadlıq" qəzeti
"Azərbaycan" qəzeti
"Azerbaydjanskiye izvestiya" qəzeti
"Bakinski raboçi" qəzeti
"Bakı-Xəbər" qəzeti
"525-ci qəzet"
"Bizim yol" qəzeti
"Exo" qəzeti
"Ekspress" qəzeti
"Ədalət" qəzeti
"Həftə içi" qəzeti
"Xalq cəbhəsi" qəzeti
"Xalq qəzeti"
"İki sahil" qəzeti
"Kaspi" qəzeti
"Kaspiy" qəzeti
"Mərkəz" qəzeti
"Mövqe" qəzeti
"Novoye vremya" qəzeti
"Olaylar" qəzeti
"Palitra" qəzeti
"Paritet" qəzeti
"Paralel" qəzeti
"Respublika" qəzeti
"Səs" qəzeti
"Şərq" qəzeti
"Şərq qapısı" qəzeti
"Üç nöqtə" qəzeti
"Yeni Azərbaycan" qəzeti
"Yeni Müsavat" qəzeti
2.3. Aşağıdakı 8 informasiya agentliyinin hər birinə 10,0 min manat birdəfəlik maliyyə yardımı ayrılsın:
ASSA-İRADƏ İnformasiya Agentliyi
"Azadinform" İnformasiya Agentliyi
Azərbaycan Dövlət Teleqraf Agentliyi
(AzərTAc)
"Azəri-Press" İnformasiya Agentliyi (APA)
"Olaylar" İnformasiya Agentliyi
"Səs" İnformasiya Agentliyi
"Trend" İnformasiya Agentliyi
"Turan" İnformasiya Agentliyi
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci bəndi ilə müəyyən edilən maliyyə yardımlarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, qəzet redaksiyalarına və informasiya agentliklərinə köçürülməsini təmin etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında