Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Füzuli rayonunun 1994-cü ilin yanvar ayında erməni işğalından azad olmuş 22 yaşayış məntəqəsində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası binası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş, Horadiz şəhərində yandırılmış və dağıdılmış 1565 yaşayış evinin əksəriyyəti bərpa olunaraq sakinlərin istifadəsinə verilmiş, qaz, elektrik xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış 120 min nəfər rayon sakinindən 70 min nəfəri, o cümlədən 6 min nəfərdən çox Horadiz şəhər sakini öz doğma torpaqlarına qayıtmış və bu gün də bilavasitə cəbhə xəttində düşmənlə üz-üzə duraraq rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışırlar.

Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin xüsusi əhəmiyyətini və yandırılmış, dağıdılmış evlərin sakinlərinin öz doğma yurdlarına qayıtması üçün zəruri şəraitin yaradılmasının vacibliyini nəzərə alaraq Horadiz şəhərində 1398 nəfər üzvü olan 341 ailənin əvvəllər yaşadığı 227 evin və 3 çoxmənzilli binanın bərpası məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 yaşayış evinin 3 çoxmənzilli binanın bərpa edilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında