Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq və ölkənin tikinti kompleksinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafını sürətləndirmək məqsədi ilə qərara alıram:
1. "Azərsutikinti" və "Azərsənayetikinti" açıq səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və obyektlər özəlləşdirilməyə açıq elan edilsinlər.
2. "Azərenerjitikintiquraşdırma" və "Azərnəqliyyatyoltikinti" açıq səhmdar cəmiyyətlərinin səhmlərinin dövlət mülkiyyətində olan nəzarət səhm zərfləri (51%), "Azərkəndtikinti" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin dövlət mülkiyyətində olan məhdudlaşdırıcı hissəsi (25,5%) özəlləşdirilməyə açıq elan edilsinlər.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu sərəncamla özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin, habelə səhmdar cəmiyyətlərin dövlət mülkiyyətində olan səhmlərinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təşkil etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında