Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Araz Əzimov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Faiq Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Fuad İsmayılov - Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Vyana şəhərində beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
Siyavuş Azakov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi
Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın katibi)
2. "Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 sentyabr tarixli 1035 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 565) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə müvafiq bildiriş göndərsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2010-cu il

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında