Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında

 

{nl}

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu"nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1."Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə I).
2."Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə II).
3."Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə III).
4."Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə IV).
5."Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə V).
6."Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə VI).
7."Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə VII).
8."Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə VIII).
9."Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə IX).
10. "Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə X).
11."Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə XI).
12. "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə XII).
13. "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə XIII).
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
14.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
14.2. bu sərəncamın 1-13-cü bəndlərində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
14.3. öz səlahiyyətləri daxilində bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

{nl}


İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında