Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 iyul tarixli sərəncamı ilə təsdiq edilmişdir{nl}

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektivləri ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış milli inkişaf strategiyasına əsaslanaraq iqtisadiyyatın və ictimai həyatın bütün sahələrini, o cümlədən nəqliyyat sektorunu da geniş surətdə əhatə edir.
Son illər ölkənin nəqliyyat sektorunda bir sıra iri layihələr həyata keçirilmiş, tranzit potensialının gücləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün məqsədyönlü addımlar atılmışdır.
Qeyd etmək lazımdır ki, müasir tələblərə uyğun ölkənin nəqliyyat sektorunun modernləşdirilməsində böyük uğurla gerçəkləşdirilən milli neft strategiyası əhəmiyyətli rol oynayır. Fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirmiş, gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır.
Ölkəmizin əlverişli coğrafi mövqeyi onun həm qərb-şərq, həm də şimal-cənub istiqamətlərində səmərəli fəaliyyət göstərən nəqliyyat sistemi formalaşdırılması üçün geniş imkanlar açır. Hazırda ölkəmiz "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsində Gürcüstan və Türkiyə Respublikası ilə birlikdə fəal iştirak edir. Azərbaycan Respublikası üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən bu layihənin həyata keçirilməsi Asiya və Avropa ölkələri arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avrasiya məkanına çıxışını təmin edəcək və ölkənin tranzit potensialını daha da artıracaqdır.
Son iki il ərzində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ("ADY" QSC) beynəlxalq məsləhətçilərin iştirakı ilə dəmir yolunun müasirləşdirilməsinin müxtəlif variantlarını nəzərdən keçirmişdir. Azərbaycan dəmir yollarında etibarlılıq, qiymət və keyfiyyət baxımından daşımalarda müasir tələbata cavab verən yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün kompleks tədbirlər müəyyənləşdirilmişdir.
Bugünkü tələblər baxımından Azərbaycan dəmir yolunun inkişafı institusional, hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılmasına, infrastrukturun inkişafına, vaqon və lokomotiv parkının yeniləşdirilməsinə, həmçinin ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərməsinin təmin edilməsi üçün bu dəhlizlər boyu dəmir yolunda vacib infrastruktur obyektlərinin modernləşdirilməsinə iri həcmli yeni sərmayələrin qoyulmasını tələb edir.
Son 25 il ərzində Azərbaycan dəmir yollarının aktivlərini lazımi vəziyyətdə saxlamaq üçün kifayət qədər sərmayə qoymaq imkanına malik olmadığından dəmir yolları boyu çoxlu sayda texniki problemlər yaranmışdır ki, bu da dəmir yolu ilə daşıma imkanlarını məhdudlaşdırır, yolun üst örtüyünün, lokomotiv parkının, eləcə də mövcud elektrik təchizatı sisteminin böyük hissəsinin istismar müddətinin çoxdan başa çatması səbəbindən daşımaların təhlükəsizliyinin təmin edilməsində çətinliklər yaranır.
Qeyd olunan problemlərin həll edilməsi məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dəmir yolu infrastrukturunun və hərəkət heyəti parkının yeniləşdirilməsi üzrə tədbirlər və başlanılmış islahatların davam etdirilməsinin, dəmir yolunda normativ-hüquqi bazanın təkmilləşdirilməsinin və dəmir yolu kadrlarının hazırlığının əsas istiqamətləri müəyyənləşdirilmişdir.
I. Dövlət Proqramının əsas məqsədi və vəzifələri
Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
2010 - 2014-cü illərdə Dövlət Proqramı dəmir yolu sahəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- dəmir yolunun fəaliyyətində onun kommersiya qurumu kimi fəaliyyət göstərməsinə geniş imkan yaradılması üçün islahatların davam etdirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- dəmir yolu nəqliyyatının infrastrukturunun və hərəkət heyəti parkının müasir tələblərə uyğun yeniləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi;
- Bakı - Tbilisi - Qars yeni dəmir yolu xəttinin istismara buraxılması nəticəsində Asiya ölkələrini Avropa ilə birləşdirən birbaşa dəmir yolu dəhlizində artacaq beynəlxalq tranzit yük axınlarının ahəngdar və fasiləsiz nəql edilməsinin təmin edilməsi;
- sərnişin və yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi;
- elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların dəmir yolu nəqliyyatı infrastrukturunda tətbiq edilməsi;
- dəmir yolu nəqliyyatında sərnişin daşımalarının keyfiyyətinin və gəlirliyinin artırılmasını təmin edəcək strategiyanın müəyyən edilməsi və həyata keçirilməsi;
- dəmir yolunun sabit cərəyanla işləyən şimal hissəsinin bərpası;
- qərb istiqamətində sabit cərəyanlı mövcud elektrik təchizatı sisteminin daha səmərəli dəyişən cərəyanlı sistemlə əvəz edilməsi və dəyişən cərəyanla işləyən lokomotivlərin alınması;
- dizel lokomotivlərinin alınması;
- Bakı və Biləcəri dəmir yolu xəstəxanaları istisna olmaqla, yardımçı xidmətlərin dəmir yolundan ayrılması;
- dəmir yolu kadrlarının hazırlanması və onların sosial müdafiəsi.
II. Maliyyə mənbələri
"Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın maliyyələşdirilməsinin aşağıda göstərilən mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur:
- "Azərbaycan Dəmir Yolları" QSC-nin öz vəsaitləri;
- daxili və xarici investisiyalar, texniki yardımlar və qrantlar;
- qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri.
III. Gözlənilən nəticələr
Dövlət proqramının həyata keçirilməsi nəticəsində ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır.
IV. Dövlət Proqramının həyata keçirilməsi üçün tədbirlər planı

{nl}

{nl}

{nl}

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 iyul tarixli sərəncamı ilə təsdiq edilmişdir

{nl}

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı
Sıra №-si Tədbirlərin adları Tədbirin məqsədi İcra müddəti,Illər üzrə İcraçılar
1 2 3 4 5
4.1. İslahatların aparılması və normativ hüquqi bazanın təkmilləşdirilməsi
4.1.1. Azərbaycan dəmir yolunda institusional islahatların aparılması Dəmir yolunda bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, sağlam rəqabət mühitinin yaradılması 2010 - 2011 Nəqliyyat Nazirliyi, "ADY" QSC
4.1.2. Azərbaycan dəmir yolunda yük və sərnişin daşımaları, dəmir yolu nəqliyyatı vasitələrindən istifadə, dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyi qaydalarının işlənib hazırlanması və təsdiq edilməsi Normativ hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması 2010 - 2011 Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, "ADY" QSC
4.1.3. Dəmir yolu nəqliyyatı haqqında qanun layihəsinin işlənib hazırlanması Normativ hüquqi bazanın təkmilləşdirilməsi 2010 - 2011 Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi
4.2. Daşıma təsərrüfatı üzrə
4.2.1. Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında yolların, enerji təchizatı və rabitə qurğularının və xidməti binaların yenidən qurulması Qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi, yolların texniki vəziyyətinin, elektrik mərkəzləşdirmə qurğularının, rabitə və telekommunikasiya sisteminin və iş şəraitinin yaxşılaşdırılması 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.2.2. Biləcəri və Səngəçal qovşaq stansiyalarında yolların, kontakt şəbəkələrinin, rabitə və telekommunikasiya sisteminin, elektrik mərkəzləşdirmə qurğularının və xidməti binaların yenidən qurulması Qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi, yolların texniki vəziyyətinin, elektrik mərkəzləşdirmə qurğularının, rabitə və telekommunikasiya sisteminin və iş şəraitinin yaxşılaşdırılması 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3. Yol təsərrüfatı üzrə
4.3.1. Sürətin artırılması və təhlükəsiz hərəkətin təmin olunması məqsədi ilə 317 km uzunluğunda baş yolların əsaslı təmiri Hərəkət sürətinin artırılması və təhlükəsiz hərəkətin təmin olunması 2010 - 2014 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3.2. Yolların saxlanılması, əsaslı təmiri və yenidən qurulması üçün maşın və mexanizmlərin və 240 dəst yoldəyişən qurğuların və çeviricilərin alınması Yollarda təmir işlərinin sürətləndirilməsi və işin keyfiyyətinin artırılması 2010 - 2014 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3.3. Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2010 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3.4. Qasımlı-Liman mənzilinin 131 km-də yerləşən metal körpünün rekonstruksiyası Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2011 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.3.5. Çarxı-Sərvan mənzilinin 2508 km-də yerləşən dəmir-beton körpünün rekonstruksiyası Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2011 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3.6. Yevlax-Malay mənzilinin 253 km tək yolunda Kür çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2011 - 2014 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3.7. Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərində ikinci dəmir yolu körpüsünün tikintisi Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2010 - 2014 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.3.8. Pirallahı qəsəbəsini sahilə birləşdirən dambada və dəmir yolunun Lənkəran-Astara sahəsində sahilbərkitmə işlərinin aparılması Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2010 - 2011 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, "ADY" QSC
4.3.9. Biləcəri stansiyası ərazisində suötürücü qurğuların rekonstruksiyası Qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi 2011 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.4. Lokomotiv təsərrüfatı üzrə
4.4.1. 50 ədəd yeni dəyişən cərəyanlı elektrovozun alınması Lokomotiv parkının yeniləşdirilməsi və artan yük həcminin daşınmasının təmin edilməsi 2011 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.4.2. 13 ədəd TE10 tipli teplovozun əsaslı təmir edilməklə modernləşdirilməsi Teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.4.3. 13 ədəd ÇME və 15 ədəd TEM2 tipli manevr teplovozunun əsaslı təmir edilməklə modernləşdirilməsi Teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.4.4. 2 ədəd ÇME tipli manevr teplovozunun modernləşdirilməsi Teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2011 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.4.5. 10 ədəd VL11 seriyalı elektrovozun əsaslı təmir edilməsi Elektrovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.4.6. Lokomotivlər üçün ehtiyat hissələrinin alınması Lokomotivlərin istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2013 Nəqliyyat Nazirliyi, "ADY" QSC
4.4.7. Biləcəri lokomotiv deposunun əsasında lokomotivlərin əsaslı təmiri bazasının yaradılması Lokomotiv təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması 2011 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.5. Vaqon təsərrüfatı üzrə
4.5.1. Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının alınması Neft və neft məhsullarının daşınmasına artan tələbatın ödənilməsi 2011 - 2014 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.5.2. Quru yüklərin daşınması üçün vaqonların alınması Quru yüklərin daşınmasına artan tələbatın ödənilməsi 2011 - 2014 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.5.3. Yük vaqonlarının əsaslı təmiri üçün tələb olunan avadanlıq və ehtiyat hissələrinin alınması Vaqonların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2013 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.5.4. Ələt vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidən qurulması Vaqonların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi 2010 - 2011 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.6. Sərnişin daşıma təsərrüfatı üzrə
4.6.1. 25 ədəd yeni sərnişin vaqonunun alınması Sərnişin daşımasına artan tələbatın ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi 2011-2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC
4.6.2. 20 ədəd sərnişin vaqonunun əsaslı təmir edilməsi Vaqonların təhlükəsiz istismarının təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi və istismar müddətinin artırılması 2010 - 2012 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.6.3. Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması Sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi, təmir xərclərinin azaldılması və onların istismar müddətinin artırılması 2011 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.6.4. Sərnişin vaqonlarının depo və əsaslı təmiri üçün ehtiyat hissələrinin alınması Sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi və onların istismar müddətinin artırılması 2010 - 2012 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.7. İşarəvermə və rabitə təsərrüfatı üzrə
4.7.1. Azərbaycan dəmir yolunun Yalama - Biləcəri hissəsində optik-lifli rabitə xəttinin yaradılması İdarəetmə, rabitə və telekommunikasiya sistemlərinin müasir tələblər səviyyəsində yenidən qurulması 2010 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.7.2. Vaqonların və lokomotivlərin təkərlərində qızmaları aşkar edən 30 ədəd yeni KTS-M qurğusunun və 120 dəst "lokomotiv-stansiya" tipli stasionar radiostansiyaların alınması Vaqonların və lokomotivlərin təhlükəsizliyinin təmin edilməsi 2010 - 2012 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.7.3. Kürdəmir, Bərdə, Qovlar, Dəllər, Şəmkir, Şirvan və Alabaşlı stansiyalarında elektrik mərkəzləşdirmə qovşaqlarının və avadanlıqlarının müasirləşdirilməsi İdarəetmə və rabitə qurğularının elektrik təchizatının yaxşılaşdırılması 2010 - 2012 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.7.4. Dəmir yolunun Bakı-Böyük-Kəsik hissəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar işarəvermə qurğularının müasirləşdirilməsi İşarəvermənin dəyişən cərəyanlı dartı sisteminə uyğunlaşdırılması 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.7.5. Horadiz-İmişli-Bakı sahəsində optik lifli rabitə xəttinin yaradılması Rabitə əlaqələrinin səviyyəsinin yüksəldilməsi 2011 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.7.6. Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin yaradılması Rabitə əlaqələrinin səviyyəsinin yüksəldilməsi 2011 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.7.7. Osmanlı-Astara sahəsində biryollu ikitərəfli avtobloklamanın yenidən qurulması Qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi 2011 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.7.8. Azərbaycan dəmir yolunda yük və sərnişin daşımalarının avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması Daşımaların həyata keçirilməsinin sürətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.7.9. Azərbaycan dəmir yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi idarəetməsinin yaradılması Daşımaların həyata keçirilməsinin sürətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.8. Enerji təchizatı təsərrüfatı üzrə
4.8.1. Dəmir yolunun Biləcəri-Yalama sahəsində elektrik qurğularının əsaslı təmiri və yenidən qurulması Elektrik enerjisinin təchizatında təhlükəsizliyin təmin edilməsi 2010 - 2013 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.8.2. Dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi Enerji təchizatı xərclərinin azaldılması 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.8.3. 10 ədəd ADM tipli texniki istismar və təmir maşınlarının (drezinlərin) alınması Dəmir yollarının elektrik xətlərində təmir-bərpa işlərinin sürətləndirilməsi 2010 - 2012 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.8.4. Enerji təsərrüfatının saxlanması, əsaslı təmiri və yenidən qurulması üçün maşın və mexanizmlərin alınması Təmir işlərinə sərf olunan vaxtın azaldılması və təmirin keyfiyyətinin yüksəldilməsi 2010 - 2012 Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,"ADY" QSC
4.9. Hərəkətin təhlükəsizliyi üzrə
4.9.1. "Qəza-bərpa qatarı"nın maddi-texniki bazasının yaradılması və zəruri maşın və mexanizmlərlə təchiz edilməsi Dəmir yolunda fövqəladə və qəza hallarının vaxtında aradan qaldırılmasının təmin edilməsi 2010 - 2012 Nəqliyyat Nazirliyi,"ADY" QSC
4.10. Kadrların hazırlanması üzrə
4.10.1. Dəmir yolu nəqliyyat sisteminin ixtisaslı fəhlə, ali və orta ixtisas təhsilli kadrlarla təmin edilməsi Dəmir yolu müəssisələri üçün fəhlələrin, orta və ali ixtisas təhsilli mütəxəssislərin hazırlanmasının təmin edilməsi 2010 - 2014 Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi, "ADY" QSC

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında