2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda intellektual idman növü kimi tarixən geniş yayılan şahmata ötən əsrin 70-ci illərindən etibarən xüsusi diqqət göstərilmiş, ölkəmiz müstəqilliyə nail olduqdan sonra isə bu sahə dövlət səviyyəsində daha da inkişaf etdirilməyə başlamışdır. Aparılan məqsədyönlü işlər nəticəsində respublikanı dünya miqyasında uğurla təmsil edən çox sayda beynəlxalq qrossmeyster və FİDE ustası hazırlanmışdır. Qrossmeysterlərimizin beynəlxalq miqyaslı yarışlarda və ümumdünya şahmat olimpiadalarında əldə etdikləri yüksək nailiyyətlər Azərbaycanı layiqincə tanıdaraq, ona beynəlxalq şahmat aləmində böyük etimad qazandırmışdır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirinin Bakıda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Təqdirəlayiq haldır ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub EYYUBOV – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Azad RƏHİMOV – Azərbaycan Respublikasının gənclər və idman naziri

Elman RÜSTƏMOV – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti

Hacıbala ABUTALIBOV – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar MƏMMƏDYAROV – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil USUBOV – Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar MAHMUDOV – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Samir ŞƏRİFOV – Azərbaycan Respublikasının maliyyə naziri

Əbülfəs QARAYEV – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli ABBASOV – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Oqtay ŞİRƏLİYEV – Azərbaycan Respublikasının səhiyyə naziri

Rövnəq ABDULLAYEV – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Aydın ƏLİYEV – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Firudin NƏBİYEV – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Mahir MƏMMƏDOV – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

Faiq HƏSƏNOV – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

2. Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlasın və icra olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Hörmətlə,İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 fevral 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında