“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişikliklər edilməsi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 27-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə”nin 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatmasını nəzərə alaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 372; 2005, № 6, maddə 495; 2012, № 4, maddə 378) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Sərəncamın adından və 1-ci hissəsindən “delimitasiyası və” sözləri çıxarılsın;

1.2. Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Komissiyanın üzvləri” bölməsi aşağıdakı yeni redaksiyada verilsin:

“Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

Oruc Zalov- daxili işlər nazirinin müavini

Hilal Əsədov - milli təhlükəsizlik nazirinin müavini

Firdovsi Əliyev - ekologiya və təbii sərvətlər nazirinin müavini

Azad Nağıyev- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini

Məmməd Sadıq Quliyev- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Cəfərov - Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi

Zavər Qafarov- Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında