Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş, ümumi uzunluğu 300 kilometr olan yeni yollar inşa edilmiş, qaz, elektrik xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri icra edilmişdir. Ölkəmizin müxtəlif yerlərində məskunlaşmış rayon sakinlərindən 70 min nəfəri həyata keçirilən bu tədbirlər nəticəsində bilavasitə cəbhə xəttində yerləşən doğma torpaqlarına qayıtmışdır və bu gün də düşmənlə üz-üzə, rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışır.

 2003-cü illə müqayisədə ümumi məhsul buraxılışı 2,4 dəfə, sənaye məhsulu 5,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,0 dəfə artmış, Su Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Tibbi Diaqnostika Mərkəzi, “Muğam evi”, Şahmat Məktəbi, Gənclər Mərkəzi və digər sosialyönümlü obyektlər tikilmiş, iri kənd təsərrüfatı və sənaye müəssisələri yaradılmış, 3 mindən çox yeni iş yeri açılmış, Horadiz şəhəri də daxil olmaqla, 19 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Daha 16 qəsəbənin qazlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görülür.

Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  17 dekabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında