Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"ndan Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi zamanı əl-barmaq izlərinin alınmasını nəzərdə tutan müddəaları çıxarsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
2.1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 97-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 424 nömrəli fərmanında verilmiş tapşırıqların tam şəkildə icrasını təxirəsalınmadan təmin etsin;
2.2. Azərbaycan Respublikasına gələn turistlərə elektron vizaların verilməsi üçün elektron ərizə formasının, tələb olunan digər sənədlərin siyahısının, habelə viza rəsmiləşdirilməsi ilə əlaqədar zəruri məlumatların on gün müddətində Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqlarının viza rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün elektron vizaların verilməsi ilə bağlı treninqlərin keçirilməsini təşkil etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən turistlərə elektron vizaların verilməsi işini qısa müddət ərzində təşkil etsinlər.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu sərəncamın icrasına ciddi nəzarəti həyata keçirsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında