Şriftin ölçüsü:
04.10.2012 10:31 | Oxunma sayı: 927
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin hakimləri təyin edilsinlər:
Bakı Ağır Cinayətlər Məhkəməsi
Ağayev Zeynal Qurban oğlu
Bayramov Mayıl Abbas oğlu
Hüseynov Cavid İbadulla oğlu
Qəribov Fikrət Atlıxan oğlu
Orucov Azər Kəlpəli oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Cəfərov Rafiq Musa oğlu
2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Alıyeva Sevinc Telman qızı
Bayramov Müseyib Seyfəddin oğlu
Əsədova Tahirə Əlif qızı
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
İmanov Xaliq Xalıq oğlu
Rzayev Rəşid Şükür oğlu
Şirvan İnzibati-İqtisadi Məhkəməsi
Qasımov Elçin Lütvəli oğlu
3. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq Nəcəfov Əmrah Bəzməddin oğlu Füzuli Hərbi Məhkəməsinin hakimi təyin edilsin.
4. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin hakimləri təyin edilsinlər:
Binəqədi Rayon Məhkəməsi
Rzayev Abbas Əhəd oğlu
Xətai Rayon Məhkəməsi
Səlimova Səadət Rəşid qızı
Tağıyev Nazim Hüsü oğlu
Xəzər Rayon Məhkəməsi
Həsənov Rəşad Məhəmməd oğlu
Qaralov İlqar Zahid oğlu
Qəhrəmanov Əkrəm Sabir oğlu
Qaradağ Rayon Məhkəməsi
Hüseynov Fuad Ələsgər oğlu
Nəsimi Rayon Məhkəməsi
Mehdiyev Emin Əlixan oğlu
Şirinov İkram Sabir oğlu
Səbail Rayon Məhkəməsi
Hüseynov Araz Firidun oğlu
Suraxanı Rayon Məhkəməsi
Qədimov Ceyhun Tofiq oğlu
5. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin hakimləri təyin edilsinlər:
Abşeron Rayon Məhkəməsi
Abasov Şəmsəddin Rizalı oğlu
Gədəbəy Rayon Məhkəməsi
Kazımov Marif Sabir oğlu
İmişli rayon məhkəməsi
Qənbərov Ülvi Oktay oğlu
Kürdəmir Rayon Məhkəməsi
Bağırov Rafiq Sultan oğlu
Mingəçevir Şəhər Məhkəməsi
Şəfiyev İspəndiyar Əsəd oğlu
Salyan Rayon Məhkəməsi
Tağıyev Xəqani Qəhrəman oğlu
Şəki Rayon Məhkəməsi
Nuriyev Mehman Bağış oğlu
Şirvan Şəhər Məhkəməsi
Qurbanov Elçin Firudin oğlu
6. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının məhkəmələrinin hakimləri təyin edilsinlər:
Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi
Abbasov Fərman Məmməd oğlu
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsi
Xıdırov Əhliman Mehman oğlu
7. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Quliyev Nizami Fərzi oğlu Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Süleymanov Elxan Xasay oğlu Göyçay Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Mahmudov İlham Ağa oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Paşayev Tofiq Temir oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Kazımov Rasim Sarı oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin;
Cəfərov Namiq Şamil oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Kazımov Araz Nurəddin oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Qarayev Malik İbrahim oğlu Hacıqabul Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sabirabad Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Ağayev Süleyman Əhməd oğlu İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Əfəndiyev Fərhad Məmməd oğlu Mingəçevir Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Səmədov Ağarza Hacırza oğlu Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bərdə Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Əzizov Həmid Novruz oğlu Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Hacıyev Qurban Həmid oğlu Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi təyin edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.