Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son illər Azərbaycan Respublikası iqtisadiyyatının inkişafının sürətləndirilməsi məqsədi ilə bir sıra köklü islahatlar aparılmışdır. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunmuş, bazar münasibətlərinin tələblərinə əsasən etibarlı və əlverişli idarəetmə sistemi tətbiq edilmişdir.
Eyni zamanda, vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin artırılması üçün bu sahədə beynəlxalq təcrübəyə uyğun olaraq müasir kompleksin təşkili zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına və hazır məhsulun rəqabət qabiliyyətinin gücləndirilməsinə daha geniş imkan yaradacaqdır.
Yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsi və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının "Azərikimya" Dövlət Şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyinə verilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, "Azərikimya" Dövlət Şirkətinin təşkilati-hüquqi formasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. bu sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında