Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır. 
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Dünya Azərbaycanlılarının Bakı şəhərində 2001-ci ildə keçirilən birinci qurultayı ölkəmizin və xaricdə yaşayan həmvətənlərimizin həyatında xüsusi ictimai-siyasi əhəmiyyətə malik hadisə olmaqla, diaspor təşkilatlarımızın təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Diasporumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsində və yeni mərhələdə onun fəaliyyətinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsində Dünya Azərbaycanlılarının respublikamızın paytaxtında keçirilmiş ikinci və üçüncü qurultaylarının müstəsna rolu vardır.
Bu gün ayrı-ayrı ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəni irsinin, misilsiz tarixi nailiyyətlərinin təbliğinin genişləndirilməsi üçün çox sayda tədbirlər gerçəkləşdirilir. Azərbaycan dövlətinin milli inkişaf strategiyasının əsas prinsiplərini rəhbər tutmaqla hazırda respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn iri miqyaslı layihələr həyata keçirilməkdədir. Görülən bütün bu işlərin uğurla davam etdirilməsi və diaspor quruculuğunun müasir reallıqlara uyğun şəkildə aparılmasının təmin olunması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il

{nl}

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında