Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin 3.1-ci bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:
dövlət orqanlarından
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini
Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Məcidli Vüqar Sabir oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini
qeyri-hökumət təşkilatlarından
Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi
Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Mirzəzadə Rəna Rza qızı - Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri
Qədirov Vüqar Kərim oğlu - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
Vəliyeva Dilarə Hətəm qızı - "Mülk" İctimai Assosiasiyasının prezidenti
İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti
Nuriyev Əliməmməd Mali oğlu - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2579 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 276) ləğv edilsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında