2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində 27 yaşayış məntəqəsi, ümumilikdə 70 min hektar ərazi subasmaya məruz qalmış, minlərlə fərdi yaşayış evi, sosial obyektlər uçmuş və ya qəzalı vəziyyətə düşmüşdür.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər nəticəsində 5 yeni qəsəbə salınmış, 3 mindən artıq ev, yüzə yaxın sosial və infrastruktur obyekti tikilmiş və ya bərpa olunmuş, 5 min evdə təmir işləri aparılmışdır. Əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə 20 milyon manat məbləğində kompensasiya ödənilmişdir.
Bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 50,0 (əlli) milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın:
2.1. bu sərəncamın icrası ilə bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirsin;
2.2. bu sərəncamla bağlı görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 29 mart 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında