Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin S

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Elmar Məmmədyarov- Azərbaycan Respublikasının xarici işlər naziri.
Komissiyanın üzvləri:
Xələf Xələfov- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azər Zeynalov- Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Niyazi Səfərov- Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Musa Pənahov- Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Bəhram Əliyev- Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov- Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Səfər Mehdiyev- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elçin Quliyev- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov- Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Xoşbəxt Yusifzadə- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Vadim Xubanov- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Aydın Bəşirov- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Arif Əsgərov- "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri
Etibar Pirverdiyev- "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrini mütəmadi müzakirə edib, bu əlaqələrin genişləndirilməsi və tənzimlənməsi üçün müvafiq tədbirləri həyata keçirsin, əməkdaşlıqda xüsusi əhəmiyyət kəsb edən məsələləri həll etsin və görülən işlər barəsində vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə İran İslam Respublikası tərəfinə bildiriş göndərsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında