“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

{nl}

Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır.

{nl}

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə qərara alıram:

{nl}

1. 2020-ci ilədək dövrü əhatə edənAzərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması məqsədəuyğun hesab olunsun.

{nl}

2. Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilsin.

{nl}

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki:

{nl}

3.1. İnkişaf Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

{nl}

3.2. İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən:

{nl}

3.2.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını təmin etsin;

{nl}

3.2.2. bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görsün;

{nl}

3.2.3. vətəndaş cəmiyyəti təsisatlarının iştirakını, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsini təmin etsin;

{nl}

3.3. İnkişaf Konsepsiyası layihəsinin hazırlanması ilə bağlı aparılan işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

{nl}

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görsünlər.

{nl}

İlham ƏLİYEV

{nl}

{nl}

Azərbaycan Respublikasının Prezidenti

{nl}

{nl}

Bakı şəhəri, 29 noyabr 2011-ci il

{nl}

{nl}

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında