Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2011-ci il oktyabrın 10-11-də Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunmuşdur. Azərbaycan nümayəndələri ilə yanaşı dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının və mötəbər beynəlxalq qurumların rəhbərləri bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparmışlar. Qloballaşma dövrünün humanitar problemlərinə dair Forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində öz əksini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və forum iştirakçılarının Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi təşkili ilə bağlı təkliflərini dəstəkləyərək qərara alıram:
1. Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsini və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq onun ənənəvi olaraq təşkil edilməsi zəruri sayılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsində əksini tapmış müddəaların gerçəkləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirsin.
3. Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılsın.
4. Bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulmuş Təşkilat Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dörd ştat vahidi hesabına Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu yaradılsın.
5. "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 510, № 7, maddə 631; 2007, № 5, maddələr 501, 519, № 6, maddə 660, № 8, maddə 843, № 12, maddə 1287; 2010, № 2, maddə 80, № 4, maddə 345):
5.1. 1-ci hissədə "384" rəqəmi "388" rəqəmi ilə əvəz edilsin;
5.2. həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturu"nda "Humanitar siyasət məsələləri şöbəsi" hissəsində birinci halda "4" rəqəmi "8" rəqəmi ilə əvəz edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında