Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara əsasən 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalmış, 300-dən çox ev uçmuş, 2 minə qədər ev qəzalı vəziyyətə düşmüş, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxmışdır.
Yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınmış, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə qərara alıram:
1. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Artur Rasizadə -Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Abid Şərifov -Azərbaycan Respublikası Baş nazirinin müavini
Əli Həsənov -Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Kəmaləddin Heydərov -Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Ramil Usubov -Azərbaycan Respublikasının daxili işlər naziri
Samir Şərifov -Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev -Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Oqtay Şirəliyev -Azərbaycan Respublikasının səhiyyə naziri
Hüseynqulu Bağırov -Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
İsmət Abasov -Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Ziya Məmmədov -Azərbaycan Respublikasının nəqliyyat naziri
Əli Abbasov -Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Fizuli Ələkbərov -Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Misir Mərdanov -Azərbaycan Respublikasının təhsil naziri
Zeynal Nağdəliyev -Azərbaycan Respubliakası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Kərəm Həsənov -Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Qərib Məmmədov -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Abbas Ələsgərov -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Vəliyev -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Səlim Müslümov -Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri
Əhməd Əhmədzadə -"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Nizaməddin Rzayev -"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev -"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
2. Hökumət Komissiyasına tapşırılsın:
2.1. yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirsin;
2.2. uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın;
2.3. təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün;
2.4. təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidənqurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin;
2.6. təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin;
2.7. gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında