Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 1266 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası"nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Cari ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasının tikintisi ilə bağlı aparılan işlərin sürətləndirilməsi, Dövlət Neft Fondunun üzv olduğu Suveren Fondların Beynəlxalq Forumuna üzvlük haqqı ilə bağlı ödənişlərin həyata keçirilməsi, habelə Dövlət Neft Fondunun 2011-ci il büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 1266 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1105) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. Xərclər smetasında verilmiş cədvəldə "Qeyri-maliyyə aktivlərinin alınması" bölməsinin "Xərclərin ümumi məbləği (manatla)" sütununda "40,933,350" rəqəmləri "70,933,350" rəqəmləri ilə, "Əsas vəsaitlər" köməkçi bölməsinin "Xərclərin ümumi məbləği (manatla)" sütununda "40,127,900" rəqəmləri "70,127,900" rəqəmləri ilə, bu köməkçi bölmənin "Bina və tikililər" paraqrafının, "Qeyri-yaşayış binaları" maddəsinin, "Qeyri-yaşayış binalarının tikintisi" yarımmaddəsinin "Xərclərin ümumi məbləği (manatla) sütununda "40,000,000" rəqəmləri "70,000,000" rəqəmləri ilə əvəz edilsin;
1.2. "Qeyri-istehsal aktivləri" köməkçi bölməsindən sonra aşağıdakı məzmunda bölmə əlavə edilsin və müvafiq olaraq, ümumi xərclər sətrində "57,494,300" rəqəmləri "87,539,300" rəqəmləri ilə əvəz edilsin.
Qrantlar və digər ödənişlər 260000 45,000
Üzvlük haqqı və digər ödənişlər 264000 45,000
Beynəlxalq təşkilatlara üzvlük haqqı 264100 45,000
2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında