"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Son illər ərzində aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olmuşdur. 
İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq qərara alıram:
1. "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri
Ramiz MEHDİYEV - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Dövlə Komissiyasının üzvləri
Elçin ƏFƏNDİYEV - Azərbaycan Respublikası Baş nazirinin müavini
Misir MƏRDANOV - Azərbaycan Respublikasının təhsil naziri
Samir ŞƏRİFOV - Azərbaycan Respublikasının maliyyə naziri
Əli ABBASOV - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Elman RÜSTƏMOV - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Məleykə ABBASZADƏ - Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Şahmar MÖVSÜMOV - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Fatma ABDULLAZADƏ - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
İsmayıl SADIQOV - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri
2. Bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında