Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Azərbaycan Respublikasında bu günə qədər aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklər baş vermişdir. Bununla yanaşı, aparılmış islahatların davamı kimi aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması məqsədi ilə qərara alıram:
1. Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılsın:
Komissiyanın sədri
Artur Rasi-zadə- Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
İsmət Abasov-Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Şahin Mustafayev-Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov-Azərbaycan Respublikasının maliyyə naziri
Hüseynqulu Bağırov-Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Mahmud Kərimov-Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Qərib Məmmədov-Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Fatma Abdullazadə-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Zeynal Nağdəliyev-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Azər Əmiraslanov-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri
Rüfət Əsədov-Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri
2. Bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq yaradılmış Xüsusi Komissiya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında