Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilmiş, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalmış, çarəsiz xəstəliyə düçar olmuşdur.
Həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı zərər çəkmiş, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişmişdir.
Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilmiş, onlara bir sıra güzəşt və imtiyazlar verilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə əlaqədar qərara alıram:
1. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım göstərilsin.
2. Bu sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:
2.1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000,0 (bir milyon yüz min) manat məbləğində vəsait ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin;
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2011-ci il

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında