Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının ­109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara ­alıram:
2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan ­Bayrağı” ordeni ilə təltif edilsinlər: 
 
İlqar Məmməd oğlu Balakişiyev –
polis polkovniki (ölümündən sonra)
Səməd Yunis oğlu Abbasov –
polis polkovnik-leytenantı (ölümündən sonra).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2018-ci il

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında