A.Q.Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

2011-ci ilin may ayında görkəmli neftçi-geoloq, SSRİ Dövlət mükafatı laureatı, professor Ağaqurban Qurban oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş A.Q.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin ərazisində A.Q.Əliyevin büstünün qoyulmasını təmin etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti A.Q.Əliyevin yaşadığı binaya xatirə lövhəsi vurulmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə A.Q.Əliyevin fəaliyyətinə həsr olunmuş konfrans keçirsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında