Azərbaycan Respublikasının Nazirlər Kabineti Yaponiya hökumətinə yardım göstərilməsi barədə sərəncam qəbul etmişdir

Martın 18-də Azərbaycan Respublikasının Nazirlər Kabineti Yaponiyada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Yaponiya hökumətinə yardım göstərilməsi barədə sərəncam qəbul etmişdir.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yaponiya hökumətinə yardım göstərilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə 1 milyon ABŞ dollarının ekvivalenti məbləğində vəsait ayrılsın.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Maliyyə və Xarici İşlər nazirliklərinə bu sərəncamda göstərilən vəsaitin müvafiq qaydada köçürülməsini təmin etmək tapşırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında