Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli sərəncamına uyğun olaraq Bakı şəhərinin sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik olan Bakı Metropoliteninin daha da inkişaf etdirilməsini, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini, əhalinin metro nəqliyyatı xidmətlərinə olan tələbatının ödənilməsini, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyini, onun maddi-texniki bazasının gücləndirilməsini və infrastrukturunun yenidən qurulmasını, digər sərnişin nəqliyyatı növləri ilə müqayisədə rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" təsdiq edilsin.
2. "Bakı Metropoliteninin 2011-2015- ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. Bu sərəncamın 2-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsini təmin etsin;
3.2. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin və onun icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında