Şriftin ölçüsü:
16.05.2018 10:00 | Oxunma sayı: 626
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, Azərbaycanın idman siyasətinin növbəti qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür. Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının uğurlu təşkilinin ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
|
Yaqub Eyyubov
|
-
|
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
|
Təşkilat Komitəsi sədrinin müavini
|
Azad Rəhimov
|
-
|
Azərbaycan Respublikasının gənclər və idman naziri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
|
Təşkilat Komitəsinin üzvləri
|
Yusuf Məmmədəliyev
|
-
|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
|
Elmar Məmmədyarov
|
-
|
Azərbaycan Respublikasının xarici işlər naziri
|
Ramil Usubov
|
-
|
Azərbaycan Respublikasının daxili işlər naziri
|
Kəmaləddin Heydərov
|
-
|
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
|
Şahin Mustafayev
|
-
|
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
|
Samir Şərifov
|
-
|
Azərbaycan Respublikasının maliyyə naziri
|
Mikayıl Cabbarov
|
-
|
Azərbaycan Respublikasının vergilər naziri
|
Oqtay Şirəliyev
|
-
|
Azərbaycan Respublikasının səhiyyə naziri
|
Əbülfəs Qarayev
|
-
|
Azərbaycan Respublikasının mədəniyyət naziri
|
Ramin Quluzadə
|
-
|
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
|
Ceyhun Bayramov
|
-
|
Azərbaycan Respublikasının təhsil naziri
|
Səfər Mehdiyev
|
-
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
|
Mədət Quliyev
|
-
|
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
|
Elçin Quliyev
|
-
|
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
|
Vüsal Hüseynov
|
-
|
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
|
Cahangir Əsgərov
|
-
|
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
|
Etibar Pirverdiyev
|
-
|
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
|
Balababa Rzayev
|
-
|
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
|
Çingiz Hüseynzadə
|
-
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
|
Anar Ələkbərov
|
-
|
Heydər Əliyev Mərkəzinin direktoru
|
Vüsal Kərimli
|
-
|
Bakı Nəqliyyat Agentliyinin direktoru
|
Ülvi Mehdiyev
|
-
|
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
|
Ağacan Əbiyev
|
-
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
|
Xəzər İsayev
|
-
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
|
Azər Əliyev
|
-
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi
|
Fərid Mansurov
|
-
|
Olimpiya çempionu.
|
2. Bu sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2018-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.