Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ­martın 9-da Gürcüstanın müdafiə ­naziri Levan İzorianı qəbul edib.Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğuladı və Levan İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Gürcüstanın müdafiə naziri Levan İzoria Gürcüstan xalqının dövlətimizin başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğuladı. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etdi. Levan İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirdi, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirdi.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etdi.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında