Prezident İlham Əliyev Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib.

“Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğuladı və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd etdi.  Rafael Eskinazi “Thales International” şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğuladı.

Dövlətimizin başçısı “Thales International” şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd etdi və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirdi.

Söhbət zamanı AZAL ilə “Thales International” arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında