Azərbaycan Prezidenti İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi. Azərbaycanda Kubanın səfirliyinin açılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq arenada daha fəal əməkdaşlıq etmələrinin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, bunun münasibətlərimizin inkişafına mane olmayacağına ümidvar olduğunu dedi. Prezident İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.
Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, ölkəmizə ilk dəfə səfər etdiyini və Azərbaycan ilə tanışlığın onda çox böyük təəssürat yaratdığını dedi. Xarici işlər naziri ölkələrimizin xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu vurğulayaraq Kubada Azərbaycana xüsusi münasibət bəslənildiyini qeyd etdi.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında