Prezident İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.

Səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayaraq bununla bağlı Azərbaycan ilə Çilinin bir-biri haqqında daha çox məlumata malik olmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimizin biznes icmaları arasında əməkdaşlıq, rəsmi səviyyədə qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, mədəni tədbirlər, müxtəlif təqdimatlar və sərgilərin təşkil olunması, xalqlar arasında münasibətlər yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edə bilər. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar, öz növbəsində, iqtisadi əlaqələrin qurulması işinə təkan verər. Bu işdə ticarət və investisiya imkanlarının müəyyənləndirilməsi də
mühüm rol oynaya bilər.

Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Çili Respublikasının Prezidenti Sebastian Pinyeranın tapşırığı əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında