Prezident İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etmişdir

Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2009-cu il 7 oktyabr tarixli sərəncamına əsasən, həmin ilin noyabrında strateji əhəmiyyətli bu yolun yenidən qurulmasına başlanmışdı. Uzunluğu 53 kilometr olan yol 21 min əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir.
Prezident İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması işlərini və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.
Məlumat verildi ki, yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 340 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Yol boyunca çaylar üzərində bir neçə körpü, suötürücü, dayanacaq tikilmiş, 9 körpü əsaslı təmir edilmişdir.
Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması Gədəbəy rayonunun 25 yaşayış məntəqəsinin 12 min sakininin də ilin bütün fəsillərində nəqliyyat vasitələrindən istifadəsini asanlaşdırmış, onlara yetişdirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında bazarlara çatdırmağa imkan yaratmışdır.
Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraiti, təbii meşə örtüyü və sərin bulaqları olan bölgəyə yay mövsümündə gələn turistlərin sayı bir neçə dəfə artmışdır. Gələcəkdə turistlərə göstərilən xidmətlərin genişləndirilməsi üçün işlər görülür.
Prezident İlham Əliyevə məlumat verildi ki, inşaat işləri zamanı yolun 39-cu kilometrində tarixi hələlik bəlli olmayan tunel aşkar edildiyinə görə, həmin yerdə 100 metr hissəyə asfalt örtük salınmamış, arxeloji tədqiqat işlərinin aparılması üçün müraciət edilmişdir. Tədqiqat işləri aparıldıqdan sonra yolun bu hissəsinə də asfalt örtük salınacaqdır.
Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişində və daxili yollarında da xeyli işlər görülmüşdür. Bundan başqa, sərhədboyu ərazidə hərbçilərin gediş-gəlişini asanlaşdırmaq üçün 26 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilmişdir.
Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev yeni yolda avtomobili idarə etdi, görülən işləri yüksək qiymətləndirdi.
* * *
Fevralın 9-da Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində və Samux rayonunda da olmuşdur.
(Bu barədə hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında