Azərbaycan Prezidenti İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhin verdiyi töhfənin önəmini vurğuladı, ölkəmizdə onun fəaliyyətinə böyük diqqət və qiymət verildiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Adel Abdulla Əl-Fələhin Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladığını dedi və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Adel Abdulla Əl-Fələh Küveyt Dövlətinin əmirinin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdıraraq dedi: "Bizim doğrudan da, Azərbaycana məhəbbətimiz çox dərin və böyük məhəbbətdir. Sizin atanıza, Allah ona qəni-qəni rəhmət eləsin, xüsusi hörmətimiz və dərin məhəbbətimiz vardır. Sizin möhtərəm şəxsinizə də hörmətimiz böyükdür. Apardığınız müdrik, Azərbaycana böyük uğurlar gətirən siyasətinizi həmişə bəyənirik və yüksək qiymətləndiririk. Heç şübhəsiz ki, Sizin qərar verdiyiniz bu yüksək dövlət mükafatı fəaliyyətimdə yeni-yeni uğurlar qazanmaqda mənə kömək edəcək, bir növ təkan verəcəkdir".
Dövlətimizin başçısı Küveyt əmirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveytin əmirinə çatdırmağı xahiş etdi.
Sonra Prezident İlham Əliyev Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" ordenini Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhə təqdim etdi.
* * *
Qeyd edək ki, Adel Abdulla Əl-Fələh "Heydər Əliyev və milli mənəvi dəyərlər", "Azərbaycan, Rusiya və Orta Asiyadakı müsəlmanlarla tanışlıq" və digər silsilə kitabların müəllifidir. Adel Abdulla Əl-Fələh, eyni zamanda, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin rəhbəridir. Onun rəhbərliyi ilə komitə uzun illərdir ki, Azərbaycanda müxtəlif istiqamətlərdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Komitə 1996-cı ildə Azərbaycan qaçqınlarının problemlərinə həsr olunmuş I Beynəlxalq konfrans təşkil etmişdir. Humanitar fəaliyyətini genişləndirən Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsi Bakıda və Ağdaş şəhərində qaçqınlara və ehtiyacı olanlara pulsuz tibbi xidmət göstərən iki mərkəzi maliyyələşdirmiş, xaricə göndərilən tələbələrə, yerli universitetlərdə təhsildə fərqlənən qaçqın və məcburi köçkün uşaqlarına maliyyə yardımı göstərmişdir. Komitə Adel Abdulla Əl-Fələhin rəhbərliyi ilə 1998-ci ildə qaçqın uşaqların problemlərinə, onların qaçqınlıq həyatına həsr olunmuş ingilis dilində kitab nəşr etdirərək dünya ictimaiyyətinə təqdim etmişdir. Bu qurum respublikamızın müxtəlif regionlarında 12 məscid inşa etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında