Prezident İlham Əliyev Əfqanıstanın maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam  Respublikasının maliyyə naziri Əklil Əhməd  Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

dövlətimizin başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirdi.  

Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi, ilk növbədə, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O qeyd etdi ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir. 

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında