Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Məsud Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Hökumətlərarası birgə komissiyanın işinə to­xunan Prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğula­dı. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olun­duğunu dedi. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğu­layan dövlətimizin başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdiriləcəyini əminliklə söylədi.

Məsud Kərbasian İran İslam Respublikasının iqti­sadi işlər və maliyyə naziri, hökumətlərarası birgə komissi­yanın həmsədri kimi ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu vurğuladı. Qo­naq bu vəzifədə ona göstərilən etimadın və məsuliyyətin öhdəsindən gələcəyinə və ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Məsud Kərbasian dedi: “Sizin rəhbərliyiniz altında Azərbaycanda əldə edilən uğurlu inkişaf insanı valeh edir. Mən Sizi əldə olunan bu gözəl nailiyyətlər münasibətilə təbrik edirəm”.

Görüşdə ölkələrimiz ara­sında iqtisadi, ticarət, nəqliyyat, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, səhiyyə, kənd təsərrüfatı, bank, maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında