Prezident İlham Əliyevin "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşü

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür.
"Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirdi.
"Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir",- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə "Statoil" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
Prezident İlham Əliyev "Statoil"in "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında