Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Belçika Krallığının keçmiş Baş naziri Herman Van Rompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırladı. Ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi.
Səfir ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğuladı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini dedi.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında