Azərbaycan və Latviya prezidentlərinin birgə mətbuat konfransı

Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış etdilər.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində salamlamaqdan böyük şərəf duyduğunu, gələcəkdə iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənəcəyini bildirdi. "Bizim ikitərəfli əlaqələrimiz çox müsbətdir və son illərdə dünyada iqtisadi geriləmə müşayiət olunduğu bir dövrdə bizim ölkələr arasında iqtisadi əməkdaşlıq 10 faiz artıb", - deyən Latviyanın dövlət başçısı biznes forumların ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu vurğuladı.
Latviya-Azərbaycan işçi şurasının yaradılacağını bildirən Valdis Zatlers dedi ki, ikitərəfli münasibətlər Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından da mühümdür.
Azərbaycan Prezidenti İlham Əliyev də imzalanan sənədlərin, xüsusilə də dövlət başçılarının imzaladığı Birgə bəyannamənin əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivlərinin olduğunu bildirdi.
Ölkələrimizin dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev Riqada keçiriləcək Latviya-Azərbaycan biznes forumunun böyük əhəmiyyətə malik olacağını bildirərək, bu forumda Azərbaycan tərəfdən 50-dən çox iş adamının iştirak edəcəyini söylədi. "Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir və ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır", - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar barədə də məlumat verdi. O bildirdi ki, münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Prezident İlham Əliyev Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının icrasına Azərbaycanın böyük ümidlərlə baxdığını bildirdi.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında