Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikası Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

Stanislav Karçevski Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan Senatın marşalı bu əlaqələrə böyük əhəmiyyət verdiklərini söylədi, xalqlarımız arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə etdi. Stanislav Karçevski Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin və bu səfər çərçivəsində keçirilən biznes forumun ikitərəfli əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi baxımından önəmini vurğuladı. O, Polşanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Parlamentlərarası əməkdaşlığa böyük önəm verdiklərini bildirən Polşa Senatının marşalı Azərbaycanın nəqliyyat dəhlizi imkanlarından istifadə edilməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. 

Prezident İlham Əliyev Polşaya rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığa və müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında dostluq münasibətlərinin yaxşı göstəricisi olduğunu bildirdi. Dövlətimizin başçısı Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı.

Səfər çərçivəsində iqtisadi əlaqələrimizin mühüm hissəsinin – Azərbaycanın nəqliyyat dəhlizləri və ölkəmizin tranzit imkanlarından istifadə olunması məsələsinin müzakirə edildiyini bildirən Prezident İlham Əliyev bu nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Azərbaycan-Polşa əməkdaşlığının böyük tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Polşa ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa parlament strukturlarında uğurla əməkdaşlıq etdiklərini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Polşa arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Senatın xatirə kitabına ürək sözlərini yazdı.  

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında